RU

Vəzifəli şəxsin ailə üzvlərini öldürməyə cəhd göstərənə ağır cəza

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qubada bir ailənin 4 üzvünə qarşı sui-qəsddə təqsirləndirilən Aydın Şahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Gununsesi.info-nun xəbərinə görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə A.Şahverdiyev 17 il azadlıqdan məhrum edilib.İttihama görə, cari il avqustun 26-da rayonun bir neçə sakininin öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğunda məlumat daxil olub.Aparılan istintaqla rayonun Qımılqazma kənd sakini Aydın Şahverdiyevin rayonun Qəçrəş bələdiyyəsinin sədri vəzifəsini icra edən Vüqar Kərimovun ona istifadəsində olan torpaq sahəsini sənədləşdirməyə köməklik etməyəcəyini yəqinləşdirərək ondan qisas almaq məqsədilə idarə etdiyi avtomobili Vüqar Kərimovun ailə üzvləri Könül Hüseynova, Səlimə Kərimova, Kərim Kərimov və İlhamə Kərimovanın üzərinə sürərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə, kənd sakinlərinin müdaxiləsi nəticəsində öz cinayətkar əməllərini başa çatdıra bilməməsinə əsaslı şübhələr müəyyən edilib.Aydın Şahverdiyevə Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  Gununsesi.info

Избранный
203
6
gununsesi.info

4Источники