RU

Berezutskinin sabiq komanda yoldaşı: “Bunu təsəvvürümə gətirmək çətin olardı”

“20 il əvvəl Vasilinin nə vaxtsa baş məşqçi olacağını çətin ki, təsəvvür edərdim. Amma zaman keçir, biz böyüyürük və təcrübəli oluruq”.

İdman.biz xəbər verir ki, bunu Rusiya millisinin və MOİK-in sabiq futbolçusu Yevgeni Aldonin deyib.

O, sabiq komanda yoldaşı Vasili Berezutskinin baş məşqçi karyerasını başlamasına, “Sabah”ın “sükanı arxası”na keçməsinə münasibət bildirib: “İndi bunu qəbul edirəmsə, 20 il əvvəl təsəvvürümə gətirmək çətin olardı. Vasya həmişə etibarlı, aparıcı müdafiəçi olub. O, təcrübəli futbolçu olduqdan sonra həm klub, həm millidə əvəzolunmaza çevrilmişdi. Buna görə də təəccüblü bir şey yoxdur. Düşünürəm ki, Vasili də, qardaşı Aleksey də ağıllı uşaqlardır”.

Qeyd edək ki, Aldonin və Berezutski 2004-13-cü illərdə MOİK-də, 2002-07-ci illərdə yığmada komanda yoldaşı olublar.

İdman.biz

Избранный
11
idman.biz

1Источники