RU

"Aİ ölkələrinin müdafiə xərcləri Rusiya səviyyəsinə qaldırılmalıdır" - Lyayen

Aİ ölkələrinin müdafiə xərcləri Rusiya ilə müqayisə oluna biləcək səviyyəyə qaldırmalıdır.

 

Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin üzvləri qarşısında çıxışı zamanı deyib.

 

Lyayen bildirib ki, Aİ ölkələri ümumi ÜDM-in 1,9%-ni müdafiəyə xərcləyir, Rusiya isə 9%-ə qədər xərcləyir.

 

Onun qeyd etdiyi rəqəm, Rusiya büdcəsinin müdafiə və təhlükəsizlik üzrə ümumi xərclərinə daha yaxındır - onlar Rusiya ÜDM-nin təxminən 8%-i və ya onun büdcəsinin bütün xərclərinin təxminən 40%-i kimi qiymətləndirilir. Rusiyada xalis müdafiə xərcləri Ukraynada genişmiqyaslı müharibə illərində sürətlə artıb və 2025-ci ilin büdcəsində ÜDM-in 6,3%-ni təşkil edəcək.

 

NATO ölkələri müdafiə xərclərini ÜDM-in 2%-nə çatdırmağı qarşılarına məqsəd qoyublar. Bu il alyansın 32 üzvündən 23-ü bu məqsədə nail olub. Aİ-yə NATO üzvü olmayan və böyük orduları olmayan bir sıra neytral ölkələr - İrlandiya, Avstriya, Malta, Kipr daxildir.

 

Firuzə Əliyeva

Избранный
2
1
sfera.az

2Источники