RU

Kolumbiya kokain müsadirəsi üzrə dünya rekordunu müəyyən etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kolumbiyanın hüquq-mühafizə orqanları onlarla digər ölkə ilə əməkdaşlıq edərək 6 həftə ərzində 225 ton kokain müsadirə edib ki, bu da narkotiklərə qarşı mübarizə əməliyyatı üçün dünya rekordu hesab olunur.
Oxu.Az bu barədə "The Guardian"a istinadən xəbər verir.
Məlumata görə, altıhəftəlik "Orion" əməliyyatı zamanı Kolumbiyanın hüquq-mühafizə orqanları və 62 ölkədən olan həmkarları kokain daşıyan altı dəniz gəmisini saxlayıb və ümumilikdə 1400 ton narkotik, o cümlədən 1000 tondan çox marixuana və 225 ton kokain müsadirə ediblər. Qadağan olunmuş yükün bir hissəsi Avstraliyaya gedən yeni narkotik marşrutu üzrə hərəkət edən sualtı qayıqda aşkar edilib.
Antinarkotik tədbirlər zamanı qanunsuz silah təchizatının qarşısı alınıb və miqrant alverçiləri saxlanılıb. Ümumilikdə 400-dən çox şəxs həbs edilib.
Qeyd olunur ki, əməliyyat Latın Amerika kartellərinə ciddi zərbə olub. BMT-nin hesablamalarına görə, dünyada hər il 2700 ton kokain istehsal olunur. Kolumbiya hakimiyyətinin bu narkotikin müsadirəsi üzrə əvvəlki rekordu 2022-ci ildə qeydə alınıb - o zaman 671 ton narkotik müsadirə edilib.
Избранный
17
oxu.az

1Источники