RU

Gənclərin su idmanı növlərinə marağı bizi qürurlandırır - Tamerlan Abdullazadə

Bakı. Trend:

Gənclərin su idmanı növlərinə marağı və valideynlərinövladlarını üzgüçülüklə məşğul olmağa təşviq etməsi bizi çoxqürurlandırır.

Trend xəbərverir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasınınvitse-prezidenti Tamerlan Abdullazadə Bakıda keçirilən Azərbaycanaçıq qış çempionatının açılış mərasimindən sonra jurnalistlərəmüsahibəsində deyib.

O bildirib ki, yarışın əsas məqsədi regionlardan olanperspektivli idmançıları üzə çıxarmaq və onları gələcəkdə millikomandanın tərkibinə cəlb etməkdir: "Biz bu məqsədlə Mingəçevirdəturnir və regional məşqçilər arasında təlim təşkil etmişdik.Hazırda çempionatda Naxçıvan, Gəncə, Bərdə, Şəmkir və sairbölgələrimizdən idmançılar iştirak edirlər. Bunun əsas mahiyyətiondan ibarətdir ki, Azərbaycan üzgüçüləri beynəlxalq arenada yüksəknəticələr əldə edə bilsinlər".

Federasiya rəsmisi bu çempionatın, həmçinin dekabrın 18-23-dəEstoniyanın Tartu şəhərində keçiriləcək Açıq Estoniya Qışçempionatına hazırlıq məqsədi daşıdığını söyləyib:

"Bu baxımdan ölkə çempionatı milli komandanın üzvləri üçün böyükəhəmiyyət kəsb edir. İdmançılar burada qüvvələrini sınayaraq,özlərini inkişaf etdirirlər".

T.Abdullazadə su polosunun ölkədə inkişafı üçün AzərbaycanÜzgüçülük Federasıyası tərəfindən müəyyən işlərin görüldüyünü dədiqqətə çatdırıb.

Qeyd edək ki, çempionatda Azərbaycanın 15 müxtəlif klub və idmancəmiyyətlərindən 150 FINA xalı olan 240-a yaxın idmançı mübarizəaparır. Dünən start götürən çempionata noyabrın 30-da yekunvurulacaq. Yarışın sonunda qaliblər diplomlar və hədiyyələrləmükafatlandırılacaqlar.

Məqalədə:
Избранный
15
az.trend.az

1Источники