“Çelsi”nin sabiq futbolçusu Frenk Lempardın yeni iş yeri bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, gənc çalışdırıcı “Koventri” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib. Onunla imzalanan müqavilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Lempardın son iş yeri 2023-cü ilin aprelindən iyun ayına qədər baş məşqçi vəzifəsini icra etdiyi “Çelsi” klubu olub.
“Koventri” hazırda Çempionşipdə 17 turun nəticəsinə əsasən turnir cədvəlində 17-ci pillədə qərarlaşıb və aktivində 17 xal var.