RU

Bakılı ərindən boşanan Alsu yeni romantik görüşlərə açıq olduğunu bildirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İş adamı Yan Abramovdan ayrılan məşhur rusiyalı müğənni Alsu gələcək planları haqqında danışıb.
Oxu.Az xəbər verir ki, müğənninin açıqlamasını "Super.ru" "Telegram" kanalı dərc edib.
Sənətçi qızlıq soyadına qayıtmayacağını vurğulayıb:
"Pasportumdakı soyad Abramova olaraq qalır, onu dəyişməmişəm, övladlarımla fərqli soyadı daşımaq istəmirəm".
Alsu yeni romantik münasibətlərə açıq olduğuna da işarə edib.
Sənətçidən studiyada mahnı yazdırmaq, yoxsa sevdiyi şəxslə görüşmək arasında seçim etmək şansı verilərsə, hansına üstünlük verəcəyi soruşulub.
Alsu deyib ki, sevdiyi şəxslə görüşməyə daha çox üstünlük verər.
Məşhur müğənni əlavə edib ki, həyat 40 yaşdan sonra başlayır və baş verən hadisələr də onun əzmini sındıra bilməyib.
Избранный
11
50
oxu.az

10Источники