RU

Dudanın addımı göstərdi ki, Polşaya heç vaxt güvənə bilmərik- ÖZƏL

"Polşa prezidenti Anjey Dudanın Ermənistandakı saxta Aİ missiyasını ziyarət edib "binokl şousu"nda iştirakı təəssüfedici məqamdır. Azərbaycanın xəbərdarlıqlarına və yaxşı münasibətlərimizə baxmayaraq belə addımın atılması Polşanın kimlərinsə siyasi oyununun piyadasına çevrildiyini göstərir. Aİ daxilində missiya ilə bağlı yekdil qərar yoxdur. Ümumiyyətlə 2 illik mülki missiyanın hansı işlər görəcəyi də tam bəlli deyil".

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Əgər əsas məqsəd Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmağı ilə bağlıdırsa, o zaman Şarl Mişelin moderatorluğu ilə Brüsseldə uğurlu format təsis edilmişdi. Azərbaycan Prezidenti bu formatın yararlı olduğunu dəfələrlə bildirib. Eyni zamanda hadisələrin sonrakı məcrası da göstərdi ki, Aİ daxilində ciddi kataklizmlər mövcuddur. Aİ-nin moderatorluğunu Fransa və Ermənistan sabotaj etdi. Həmçinin,  Aİ daxilində mövcud olan uğurlu kommunikasiya strategiyası da iflasa uğrayıb. Bu gün Şarl Mişel, Ursula  Von der Lyeyen, Jozef Borrel kimi önəmli siyasi fiqurlar Azərbaycanın siyasi əhəmiyyətini qeyd edirlər. Avropa Parlamenti kimi korruspiyaya bulaşan qurumlar isə bütün Avropanın siyasi fikirlərini əsla ifadə edə bilməz. Hər kəs bilir ki, Ermənistana gələn Aİ missiyası həm də Paşinyanın rəsmi Moskvaya qarşı növbəti demarşıdır. Burada vacib nüanslardan biri də odur ki, Rusiya və Qərb arasındakı geopolitik qarşıdurma Ermənistan ərazilərində daha da dərinləşəcək. Polşa isə burada fəallıq göstərməyə çalışaraq vəziyyəti dərindən təhlil edə bilmir. Dudanın addımı göstərdi ki, Polşaya heç vaxt güvənə bilmərik".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
1
olaylar.az

2Источники