RU

Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb

7NEWS.az xəbər verir ki, Ucar rayon 94 saylı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının millət vəkili, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsən parlamentdə 2025-ci ilin Dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi, eyni zamanda işsizlikdən sığorta fondu ilə əlaqədar çıxış edib.

Deputat Ramil Həsən çıxışında seçicilərinin görüş zamanı qaldırmış olduğu bir çox məsələləri, o cümlədən dövlətimizin uğurla həyata keçirmiş olduğu regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində işsizlik probleminin həlli məqsədilə Ucar rayonunda dövlət əhəmiyyətli, iri miqyaslı özəl müəssisələrin salınmasını bildirib. Əlilliyin təyini zamanı sadələşdirilmiş sistemə keçirilməsi, fərdi məşğulluqla bağlı verilən avadanlıqların və heyvanların dövlət tərəfindən sığortalanmasını, bununla da vətəndaşın qarşılaşa biləcəyi narahatlığın ortadan qaldırılması, eyni zamanda Vətən müharibəsi iştirakçılarının aylıq müavinətlərinin dövlətimizin inkişaf strategiyası çərçivəsində məsləhətli halda artırılması, özünüməşğulluq və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşməsi, şəhid ailələrinin və qazilərin, o cümlədən həssas qrupdan olan insanların maddi rifah halının yaxşılaşdırılması kimi məsələlərlə bağlı rəy və təkliflərini möhtəbər parlament tribunasından hökumət üzvlərinin diqqətinə çatdırıb.
 
 

 

Избранный
5
7news.az

1Источники