Bakı. Trend:
Bir neçə istiqamət üzrə şəhərlərarası daşımalarda müasir vəkomfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilir.
Trend xəbərverir ki, marşrutların təhkim edilməsində şəffaflığın təminedilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)tərəfindən keçirilən müsabiqələrin nəticələrinə əsasən, Bakı-Bərdə,Bakı-Mingəçevir, Bakı-Tərtər, Bakı-Zaqatala və Bakı-Sınıq Körpü(Qazax sərhəd-keçid məntəqəsi) şəhərlərarası marşrut xətləri üzrəsəfərlər dekabrın 1-dən “BakuBus” MMC-nin rahat və təhlükəsiz“Neoplan” markalı avtobusları ilə həyata keçiriləcək.
Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yoladüşəcək.
Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərənavtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığınıntəmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadiolaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəmavtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur.Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olandaşıyıcılar qalib gələrək xətlərin istismarını həyatakeçirirlər.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,təhlükəsizliyi və rahatlığının artırılmasıdır.