RU

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən Xankəndidə ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə “BöyükQayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlifistiqamətlərdə tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqiistiqamətində maarifləndirici aksiyaların keçirilməsini davametdirir. Belə ki, nazirliyin akademik Zərifə Əliyeva adına MilliOftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Xankəndişəhərində ikigünlük oftalmoloji tibbi müayinələr keçirilir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ikigünlük səyyaroftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildəvətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsininqarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasınınaşkarlanması və müalicələrin təyin olunmasıdır.

Tibbi aksiyanın ilk günündə 100-dən artıq sakin oftalmolojimüayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda quru gözsindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopikastiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, gözxəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilənnəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən vəçətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyevaadına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şəraityaradılıb.

Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 200-əyaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunandigər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin vəmaarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Akademik
Akademik
Akademik
Akademik
Akademik
Məqalədə:
Избранный
20
10
az.trend.az

10Источники