Müxalifət qüvvələrinin artıq Serakib şəhərinin yarısını ələ keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb. Müxalifət qüvvələrinin artıq Serakib şəhərinin yarısına nəzarəti bərqərar etdiyi barədə məlumatlar ortaya çıxıb.
Hələbi Suriyanın cənub-qərb bölgələri ilə birləşdirən M5 avtomobil yolu buradan keçdiyi üçün bu qəsəbə strateji əhəmiyyət kəsb edir.
2020-ci ildə Serakib üzərində şiddətli toqquşmalar olmuşdu.
Xuraman Etibarlı
İnterpress.az