Bakı. Trend:
Ermənistan Baş Prokurorluğu eks-prezident Robert Köçəryana vəİrəvan qarnizonunun keçmiş rəisi Yuri Xaçaturova qarşı yeniittihamlar irəli sürüb.
Trend xəbər verir ki, bubarədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, Köçəryan və Xaçaturov xidməti vəzifələrini aşmaq,ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittihamolunurlar.
Qeyd edilir ki, cinayət işi 2008-ci il 1 mart hadisələrinəaiddir. Həmin vaxt İrəvanda təhlükəsizlik qüvvələri ilə müxalifətarasında toqquşma baş verib. Nəticədə 10 nəfər həlak olub, yüzlərləinsan yaralanıb.