RU

Ölkəmizdə üç vəkilin fəaliyyəti dayandırıldı, dördünə töhmət verildi

Azərbaycan Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə ARVK məlumat yayıb.

Bildirilib ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclasın gündəliyinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən ARVK-nın 8 üzvü

- Samir Bayramov, Teymur Həsənov, Elşən Hüseynov, Tağı Qənbərov, Şəfiqə Şeybullayeva, Günel Məmmədova, Rəmzi Nəbiyev və Aqil Nuriyevin mükafatlandırılmaları və fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb və müsbət qərar verilib.
 

Sonra bəzi vəkillərin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması, öz ərizələri ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunma, maddi yardım, habelə borclarının silinməsi, digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.


Eyni zamanda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası"nın 10-cu və o cümlədən, Milli Məhkəmə Müsabiqəsinin 14-cü buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi barədə məsələyə baxılıb və müsbət qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 5 vəkilə xəbərdarlıq edilib, 4 vəkilə töhmət verilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, habelə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.

Bizim.Media

Избранный
9
16
bizim.media

10Источники