RU

Külli miqdarda aksiz markası olmayan siqaret aşkar edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu ərazisində iki nəfər şəhər sakininə məxsus nəqliyyat vasitələrinə, həmçinin müvafiq məhkəmə qərarı əsasında istifadələrində olan qeyri-yaşayış sahəsinə baxış keçirilib və Azərbaycanın aksiz markası ilə markalanmayan, ümumilikdə 210 min ədəd siqaret aşkarlanıb.

DGK-dən AZƏRTAC-a bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Избранный
4
13
yeniazerbaycan.com

10Источники