RU

Gürcüstan prezidenti hakim partiyanı konstitusiya çevrilişində ittiham edib

Bakı. Trend:

Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu”partiyasının Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarıdayandırmaq qərarını “konstitusiya çevrilişi” kimiqiymətləndirib.

Trend xəbər verir ki,Zurabişvili müxalifət partiyalarının liderləri ilə görüşüb vəonları “Avropa dəyərləri uğrunda mübarizədə” birliyə çağırıb.

“Bu gün mən prezidentəm, bu ölkədə dünya liderləri ilə danışmaqimkanı olan yeganə qanuni qurumu təmsil edirəm, onlara gürcüxalqının iradəsini çatdıracağam”, - deyə Zurabişvili bildirib.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin bugünkübəyanatına əsasən, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropaİttifaqına üzvlüklə bağlı danışıqları dayandırır.

Məqalədə:
Избранный
19
1
az.trend.az

2Источники