Noyabrın 28 və 29-da Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir.
Turkustan.az xəbər verir ki, bu barədə Günəş astronomiya laboratoriyasının mütəxəssisləri təşkilatın saytında məlumat veriblər.
Noyabrın 28-də gecəyə yaxın Yer kürəsini G1 səviyyəli zəif maqnit qasırğası gözləyir. Noyabrın 29-u saat 7:00-dan sonra planeti saat 13:00-dək davam edəcək G2 səviyyəsinin daha güclü altı ballıq dalğası əhatə edəcək.
Laboratoriya mütəxəssislərinin fikrincə, noyabrın 29-da maqnit qasırğası ehtimalı 20%, güclü maqnit fırtınası ehtimalı 40% təşkil edir.
Dekabr ayı üçün proqnoz göstərir ki, fırtınadan sonra maqnitosfer demək olar ki, 2024-cü ilin sonuna qədər sakit vəziyyətdə qalacaq./Yeniavaz.com/