"Olimpik Lion"un baş Pyer Saj UEFA Avropa Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, matçdan sonra mətbuat konfransında fikirlərini belə çatdırıb:
"Qarabağ" ilk yarıda özünü yaxşı tərəfdən göstərdi. Birinci hissədə rəqibin bir neçə təhlükəli qol vəziyyəti oldu. İkinci hissədə müdafiədə daha inamlı çıxış etdik. Hücumlara çıxarkən inamlı təsir bağışladıq. Ümumi götürsək, hesabın oyuna görə olduğunu deyə bilmərəm".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Qarabağ” evdə "Lion"a 1:4 hesabı ilə məğlub olub.