Suriya ordusunun bölmələri Hələb şəhərinin şimalında və qərbində 20-dən çox yaşayış məntəqəsini ələ keçirmiş “Cəbhət ən-Nusra” ekstremist qruplaşmasının yaraqlılarının mövqelərinə əks-hücum keçirib. AFN.az xəbər verir ki, bu barədə “Al Mayadin” telekanalı məlumat yayıb.Hökumət qüvvələri əməliyyat zamanı Əl-Bakum şəhərini azad edib. Suriyanın digər bölgələrindən də Hələbə hərbi qüvvələr cəlb edilib. Dəməşq və Hələbi birləşdirən M-5 beynəlxalq magistral yolunda dəstələrin silahlı hücumu təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.Noyabrın 27-də baş verən hücum zamanı “Cəbhət ən-Nusra” terrorçuları və onunla müttəfiq olan radikal qruplaşmalar Hələbə təhlükəli şəkildə yaxınlaşaraq şəhərin 7-10 kilometrliyində bir neçə sərfəli mövqe tutublar. Camiat əz-Zəhra, Cdeyda, əz-Zərb və əl-Mənsurə ətraflarından qaçqın axınları Suriyanın şimal paytaxtına axışıb.Hələb yaxınlığındakı cəbhənin bir neçə bölməsində hökumət qüvvələri düşmənin irəliləyişinin qarşısını almağa müvəffəq olub, yüzlərlə silahlı məhv edilib. Terrorçu dəstələri Anadan, Atarib, Həyyan və Xareytandan şəhərə soxulmağa çalışaraq Neyrab beynəlxalq hava limanına hücum ediblər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта