RU

Suriyada qarşıdurma -

Suriya dövlətinə qarşı üsyan edən qruplarla ordu arasında davam edən qarşıdurmalarda ölənlərin sayı 200-ə çatır. Hər iki tərəf itkilər verib.

Metbuat.az xəbər verir ki, Suriya ordusunun mövqelərinə doğru hücuma keçən qruplar Hələb şəhərinə yaxınlaşıblar. Məlumata görə, üsyançıların nəzarətə götürdüyü ərazi 245 kvadrat kilometrə çatıb. Üsyançılar Hələb şəhərinin mərkəzindən 5 kilometr məsafədə mövqe tutublar. Məlumata görə, hücuma keçən üsyançılar Heyət Təhrir əş-Şam qruplaşmasının üzvləridir. Bildirilir ki, Hələb vilayətinin kənd yerlərində Suriya ordusu ilə İdlibdə yerləşən Heyət Təhrir əş-Şam arasında davam edən toqquşmalara dəstək vermək üçün hökumət əlavə qüvvələr cəlb edib.

Избранный
29
12
metbuat.az

10Источники