RU

Suriya Hələb və İdlibdəki üsyançıların mövqelərinə əks-hücuma başlayıb

Suriya ordusu Hələb və İdlibin kənarında silahlı müxalifətin mövqelərinə əks-hücum etməyə başlayıb...

Poliqon xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Suriya ordusu çərşənbə günü silahlı qrupların Hələb və İdlib çöllərindəki mövqelərinə hücumunu dəf etməyə başlayıb”, deyə məlumatda deyilir.

Telekanal qeyd edir ki, əks-hücum suriyalı hökümət qüvvələrinin “ağır itkilər verməsindən” sonra başlayıb.

Qeyd edək ki, bir gün əvvəl CNN telekanalı Suriya müxalifətinin silahlı qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Döyüşlər nəticəsində müxalifət 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əl-Suğra və Əncəra şəhərlərini, eləcə də ərazidəki ən böyük hərbi bazanı ələ keçiriblər. Bundan başqa Hələbdən təxminən 20 kilometr aralıda yerləşən Urm əl-Kubra şəhəri də müxalifətin nəzarəti altındadır.

Poliqon.info

Избранный
23
40
poliqon.info

10Источники