RU

Qurban Qurbanov hətta özünü də cərimələdiyini deyir

style='margin-bottom:10px;'>

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyir ki, futbolçuların narazılıq bildirdiyi vaxtlar olur

QOL.az xəbər verir ki, Avropa Liqasının 5-ci turundan Ağdam klubu öz meydanında “Lion”a (Fransa) 1:4 hesabı ilə uduzub. Matçdan sonra təşkil olunan mətbuat konfransında 52 yaşlı mütəxəssis futbolçularına narazılığını bildirib-bildirməməsinə toxunub.

Onun sözlərinə göeə, hətta qalib gəldikləri oyunda belə futbolçulara iradları olub: 

Bəzən uduzmuşuq, amma oyundan razı qalmışam. Bunlar işimizin bir hissəsidir. Cərimələr də olur, narazılıq da bildirilir. Həm fərdi, həm də kollektiv şəkildə. Bu oyuna görə futbolçulara narazılıq bildirmədim. Narazılığın da həddi var. Hansısa formada narazılıq edirik. Siz rahat olun, lazım olanda etiraz da bildiririk, cərimələr də olur. Lazım olanda, özümü də cərimə etmişəm. Biləsiniz. İş prinsipimizdir. Bu futbolçulara bəzən təşəkkür edirəm ki, neçə illərdir, minimum bu səviyyəni qoruyub saxlayıblar. Bu turnirə Çempionlar Liqası gözü ilə də baxa bilərik. Rəqiblərimiz "Ayaks", "Tottenhem", "Lion"dur. Elə liqalardan gəlirlər ki...

Bu cür komandalara qarşı oynamaq futbolçulara həyəcan verir. Biz bu cür rəqiblərə qarşı çəkinmədən mübarizə aparırıq. Komandamı müdafiədə oynada bilərdim. Amma mən bu cür inkişaf etməyi istəmirəm. Qoy belə risklərə gedək, futbolçular uduzsun. Futbol tam başqa səviyyədədir. Sadəcə futbolçulardan istəyirəm ki, cəsarətli olsunlar, istənilən rəqibin üzərinə getsinlər. Səhv etsin. "Qarabağ" olaraq qorxaq futbol oynasaydıq, az səhv etməyi düşünsəydik, bu nəticələri verməzdik. Bu gün şanslardan istifadə edə bilmədik. Bəlkə sabah başqa cür olacaq. Narahat olmayın. Hər tərəfdən futbolçular idarə olunur. Özüm də tələb edirəm ki, daha yaxşı olmaq, daha da böyümək lazımdır".

Избранный
13
1
teleqraf.com

3Источники