RU

Bakıda avtobusun enerji ehtiyatı qurtardı;sərnişinlər yolda qaldı"BakuBus"dan açıqlama - VİDEO

Noyabrın 28-də və eləcə də elektrik mühərrikli avtobusların Bakı şəhərinin marşrut xətləri üzrə istismara başlanıldığı gündən etibarən, "BakuBus" MMC-nin "Marşrutların idarəetmə mərkəzinə" sərnişin daşınması zamanı batareyanın kifayət qədər enerji ehtiyatının olmaması ilə bağlı heç bir müraciət daxil olmayıb.

Avtosfer.az xəbər verir ki, bu məlumatı "BakuBus" MMC yayıb.

Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan videogörüntünü müşahidə kameralarında təhlil etdikdən sonra, noyabrın 28-də axşam saatlarında baş verən hadisənin sürücünün texniki səhvi ilə əlaqəli olduğu müəyyən edilib.

"Qeyd edilən problem qısa müddət ərzində aradan qaldırılıb və avtobus marşrut xətti üzrə hərəkətinə davam edib.

Bildiririk ki, elektrik mühərrikli avtobuslar marşrut xəttindən qayıdıb depoya gəldiyi zaman tam olaraq enerji ilə doldurulur və müəyyən edilmiş marşrut xətləri üzrə gün ərzində əlavə enerji doldurulmasına ehtiyac olmadan hərəkətini davam etdirir", - deyə məlumatda bildirilib.

***

Bakıda elektrik mühərrikli avtobusun enerji ehtiyatı qurtardığı üçün yolda qalıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər həmin avtobusda olan sərnişin tərəfindən qeydə alınaraq sosial şəbəkə hesabından paylaşılıb.

Sərnişinin iddiasına görə, avtobusun enerji ehtiyatı qurtardığı üçün dayanıb və yalnız şarj edildikdən sonra hərəkət edəcək.

Ancaq hadisənin hansı marşrut xətti üzrə hərəkət edən avtobusda baş verdiyi qeyd edilmir.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

Namiq Musayev

Избранный
16
8
avtosfer.az

10Источники