RU

AZPROMO Qars Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Qars Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirilib.

"Report" agentliyə istinadən xəbər verir ki, görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və tərəfdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanın biznes və investisiya imkanları, xüsusi iqtisadi zonalar, işğaldan azad edilmiş ərazilər, eləcə də xarici investorlar üçün yaradılmış geniş imkanlar barədə məlumat təqdim edilib.

Tərəflər gələn ilin I rübündə Türkiyəyə planlaşdırılan işgüzar səfər çərçivəsində əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıb.

Избранный
37
50
sam.az

10Источники