RU

Həyatın yaşam sığortası üzrə ödənişlər yarım milyard manatı keçib

Azərbaycanda yanvar-oktyabr ayları üzrə həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 501 milyon 232 min min manat təşkil edib.

 Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 76 milyon 151 min manat və ya 18% çoxdur.

Ötən ilin yanvar-oktyabr aylarında bu göstərici 425 milyon 81 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 400 milyon 77 min manat təşkil edib ki, bu da illik müqayisədə 150 milyon 147 min manat və ya 60% çoxdur.

Ötən ilin eyni dövründə 249 milyon 930 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 80% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 21% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 59% təşkil edib.

Избранный
19
fed.az

1Источники