Rusiya müdafiə naziri Andrey Belousov KXDR-ə rəsmi səfərə gəlib.
Editor.az bildirir ki, bu barədə Rusiya hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb. Səfər çərçivəsində respublikanın hərbi və hərbi-siyasi rəhbərliyinin nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub.
Hava limanında rusiyalı naziri KXDR Müdafiə Nazirliyinin rəhbəri, ordu generalı No Qvan Çol qarşılayıb.
//Samir Qurbanov, Editor.az