“Qarabağ” cari Avropa Liqasında daha bir acı oyun keçirib.Dünən, UEFA Avropa Liqasının ümumi mərhələsinin beşinci turu çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” futbol klubu Fransanın "Lion" klubunu qəbul edib.
Təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Qurban Qurbanovun komandası ev oyununda “Lion”la görüşüb. Əvvəlki 4 görüşdə üç xal toplayan “Qarabağ” Fransa klubu ilə görüşdə azarkeşlərini sevindirə bilməyib. Qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Azərbaycan çempionu 1:4 hesabı ilə uduzub.
"Qarabağ"ın 5 turdan sonra 3 xalı var. Növbəti oyununu dekabrın 12-də keçirəcək “Qarabağ” İsveçdə “Elfsborq”la üz-üzə gələcək.
Avropa Liqasının əsas mərhələsinin 5-ci turunun nəticələrinə əsasən, üç xal toplayan “Qarabağ” Hollandiyanın “Tvente”, İsveçin “Malmö” və “Tel-Əviv “Makkabi”si ilə eyni rəqəmə malikdir. “Qarabağ” top fərqinə görə bu komandalardan geridədir. Hazırda təmsilçimiz 32-ci pillədə qərarlaşıb.
“Qarabağ”ı pley-offda oynamaq hüququ verən 24-cü yerdən 2 xal ayrır. Qarşıda hələ üç qarşılaşma var ki, bu da 1/16 finala çıxmaq şanslarının qalması deməkdir.
İndiyədək Avropa Liqasında heç bir komanda pley-offa vəsiqəni təmin etməyib. İtaliyanın “Latsio”, İspaniyanın “Atletik”i və Almaniyanın “Ayntraxt ”ı buna çox yaxındır. Hər üç komandanın 13 xalı var.
Almaz Həsənli