Dünyanın gözü və qulağı bir daha Türkiyəyə çevriləcək. Yerli və xarici siyasətçilər, iş adamları, alimlər və jurnalistlər TRT Dünya Forumunda bir araya gələcək.
Bu il 8-ci dəfə keçirilən "TRT World Forum"u İstanbulda Prezident Ərdoğanın Konqres Mərkəzində çıxışı ilə başlayacaq.
“Qırılma nöqtəsində olan dünya: Böhranların idarə olunması və transformasiya” mövzusu ilə 2 gün ərzində panel müzakirələri və dəyirmi masa görüşləri keçiriləcək.
Bu il dünyanın media sektorunda keçirilən ən böyük forum olan "TRT World" Forumuna 30-dan çox ölkədən 150 məruzəçi qatılacaq.
İqlim böhranından iqtisadiyyata, geosiyasətdən texnologiyaya, mediadan beynəlxalq hüquqa qədər gündəmdəki mühüm məsələlər müzakirə olunacaq.