RU

 İranlı diplomat: "Avropa özünü bərpa etməlidir"

"Avropa Ukrayna münaqişəsi də daxil olmaqla, öz problemlərini və səhvlərini başqalarının üzərinə qoymamalıdır". 

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi "X" hesabında yazıb.

O, paylaşımında Aİ-nin xarici siyasət üzrə ali rəhbərinin aparat rəhbəri Enrike Mora ilə apardığı danışıqların təfərrüatlarını açıqlayıb.

"Enrike Mora ilə müxtəlif məsələlər, o cümlədən son hadisələr fonunda nüvə və sanksiyaların aradan qaldırılması perspektivi barədə səmimi müzakirələr aparılıb. Aİ bu qitənin problemlərinə, çağırışlarına və beynəlxalq məsələlərə qarşı eqoist və məsuliyyətsiz davranışından əl çəkməlidir. İranın nüvə problemi ilə bağlı Avropa özünə inamsızlıq və məsuliyyətsizlik səbəbindən ciddi oyunçu ola bilmədi. Avropanın özünü bərpa etməyə ehtiyacı var", - deyə Qəribabadi vurğulayıb.

Gülşən Şərif

Избранный
8
bakivaxti.az

1Источники