RU

Siyasət Əsgərov: “Rusiya yığmasına qarşı yaxşı mübarizə apardıq”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Rusiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu komandalar arasında ötən gün Soçi şəhərində baş tutan yoxlama oyunu millimizin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qarşılaşmadan sonra baş məşqçi Siyasət Əsgərov AFFA-nın mətbuat xidmətinə açıqlama verib. O, komandasının yaxşı çıxış etdiyini vurğulayıb:

“Çox yaxşı oyun alındı. Rusiya yığması həm fərdi, həm də komanda keyfiyyətinə görə güclüdür. Rəqibi təhlil edib, matça ciddi hazırlaşmışdıq. Düzdür, bir neçə zədəli futbolçumuz var. Sərgilənən oyuna əsasən məğlubiyyət bizi məyus etdi. Rusiya yığması hansısa düşünülmüş hücumla yox, bizim səhvimizdən qol vurdu. Komandamıza təşəkkür düşür. Uduzsaq da, qızlar çox yaxşı çıxış etdilər. Bəzi anlarda üstünlük bizim tərəfimizdə olurdu. Yaxşı mübarizə apardıq, aqressivlik var idi, meydanın hər qarışı uğrunda mübarizə gedirdi. Təəssüf ki, hücumda çoxala bilmirdik. İkinci matça daha yaxşı hazırlaşacağıq. Məqsədimiz Bakıya qələbə ilə dönməkdir”.

Qeyd edək ki, Azərbaycan və Rusiya milliləri arasında ikinci yoxlama görüşü dekabrın 2-də “Soçi” klubunun məşq bazasında keçiriləcək.

Избранный
3
7
arena.az

10Источники