RU

Daha bir neçə federasiya fəaliyyətini dayandırdı - Naxçıvanda

Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb.

Sportinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası fəaliyyətini dayandırıb.

Bu qurumlar 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərirdi. Daha öncə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Muxtar Respublikası Boks Federasiyası da fəaliyyətini dayandırıb.

Bunun əvəzində Naxçıvanda ümumrespublika federasiyalarının nümayəndəlikləri fəaliyyət göstərəcək.

Избранный
14
26
sportinfo.az

10Источники