Avrokubokların Liqa mərhələlərində bu həftə keçirilən matçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən gün Avropa Liqasının 5-ci turunda evdə "Lion"la qarşılaşıb və 1:4 hesabı ilə uduzub.
Azərbaycanı UEFA reytinqindəki mövqeyi dəyişməyib. Ölkəmiz 19,625 xalla 27-cidir.
26-cı yerdəki Rumıniyanın aktivində 20.375 xal var. 28-ci pillədəki Bolqarıstan isə 19.375 xala malikdir.
Azərbaycanın cari mövsümdəki qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqinə “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal yazdırıb.
Qardaş ölkə Türkiyə 10-cu yerdədir. "Ay-ulduzlular"ın 40.100 xalı var.
UEFA reytinqində lider İngiltərədir – 97,035 xal.