RU

Bakıda oğul atasına xəsarət yetirdi

Bakının Sabunçu rayonunda 1996-cı il təvəllüdlü Amil  şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı atası Ramilə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Amil 30 sentyabr 2024-cü ildə, saat 23 radələrində valideyinləri ilə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsindəki evdə atası Ramil ilə ailə-məişət zəminində aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı Amil qəsdən şillə və yumruq zərbələri ilə Ramilin sifət nahiyəsinə vuraraq ona müxtəlif dərəcəıi bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Amilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, borclarını ödəmək üçün valideyninə məxsus qızıl-zinət əşyalarını lombarda qoyaraq pul götürüb və həmin pul ilə borclarını ödəyib: “Bir müddət işləyərək lombarda olan borcunu ödəməkdə çətinliyi yarandı və buna görə atam Ramil ilə aramızda münaqişə oldu. Həmin vaxtdan evdən çıxaraq başqa ünvanda yaşamağa başladı”. 

Amil qeyd edib ki, sentyabrın 30-da, saat 23 radələrində valideyinləri yaşadığı evə gəlib və həmin mövzuda, yəni borcu qaytarmaq mövzusunda atası ilə aralarında mübahisə yaranıb: “Mübahisə zamanı atamın sifət nahiyəsinə bir neçə şillə və yumruq ilə zərbələr vurdum. Əməlimdən peşmanam, atam ilə barışmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ramilin sözlərinə görə, oğlu Amil borcu olduğunu bildirərək ona köməklik etmək üçün müəyyən miqdarda ondan pul istəyib, lakin onda pul olmadığından evdə olan qızıl-zinət əşyaları ona verib ki, lombarda qoyub, pul götürərək borclarını bağlasın: “Lakin Amilə həmin qızılları verən zaman ona bildirdim ki, borcu qısa müddət ərzində ödəsin və ona verdiyim qızıl-zinət əşyaları tez bir zamanda geri qaytarsın. Daha sonra Amilin heç bir iş görmədiyini görərək onunla aramızda sözlə münaqişə olub. Bu münaqişədən sonra təxminən 2 ildir ki, Amil yaşadığımız evdən çıxaraq Xətai rayonu Əhmədli qəsəbəsində yaşamağa başladıq”. 

Zərərçəkmiş qeyd edib ki, saat 23 radələrində yaşadığı evdə olan zaman Amil yaşadığı evə gəlib və aralarında mübahisə baş verib: “Mübahisə zamanı Amil şillə və yumruq zərbələri ilə sifət nahiyəmdən vurmağa başladı. Amil ilə barışmışam, mənə dəymiş ziyan tam ödənilib”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Amilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Избранный
8
demokrat.az

1Источники