RU

Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin sayı açıqlandı

“1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək, yəni son 37 ildə Azərbaycanda 10 min 108 İİV xəstəsi rəsmi qeydiyyata alınıb”.

Oxu24.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, onlardan 7026 nəfəri (69,5%) kişi, 3 min 82 nəfəri isə (30,5%) qadınlardır.

F.Məmmədov qeyd edib ki, Azərbaycanda digər region ölkələri ilə müqayisədə İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır.

 

Избранный
1
22
oxu24.com

10Источники