RU

İmmunitetimizi gücləndirmək üçün nə etməli? -Tövsiyə

Fəsil dəyişkənlikləri hər zaman özüylə bərabər müxtəlif yeniliklər gətirir. Bu yeniliklər bəzən gözəl hisslərdən ibarət olur, bəzən isə orqanizmimiz üçün gözlənilməz olur. İmmun sistemi bədənimizdəki bütün orqan və hüceyrələri əhatə edən müdafiə sistemidir. Bu sistem sayəsində təbiətə uyğunlaşırıq.  İmmun sistemi orqanizmi infeksiyalara, bakteriyalara və mikroblara qarşı qoruyur.Payız və qış fəsillərində orqanizmin immuniteti aşağı olduğu bir zamanda insan tez-tez xəstələnməyə meyilli olur və ya xəstələnir.   

Mövzu ilə bağlı fikirlərini bölüşən qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, ətrafımızdakı insanların bəlkə də yarısı xəstədir:

Ekspert payızda immunitet sisteminə təsir edən müxtəlif amilləri sadalayıb:
- günəşin təsirinin azalması.
- iş və məktəb tempinin artması. 
- günlərin qısalması.
- yuxu rejimində dəyişikliklər.
- fiziki fəaliyyətin azalması.
- temperatur azaldıqca içilən suyun miqdarının azalması və s. 

Fərid Səfərov qeyd edir ki, xəstələnməmək və immunitetimizi gücləndirmək üçün bunları edə bilərik:
- lazımi qədər və balanslı qidalanın.
- davamlı şəkildə idmanla məşğul olun.
- yuxu rejiminə riayət edin.
- stressi minimuma endirin.
- spirtli, qazlı və şəkərli içkilər içməyin.
- tütün məmulatlarından uzaq durun.
- pis vərdişlərdən uzaqlaşın.
- sağlam çəkinizi qoruyun.
- gigiyena qaydalarına xüsusilə əməl edin.
- mövsümi meyvə və tərəvəzlər, xüsusən də portağal, ispanaq, cəfəri, balıq, yumurta, badam, qoz, qatıq və s. qidaları qida rasionunuza daxil edin”.
Избранный
12
sherg.az

1Источники