RU

Kobaxidze: Aİ ilə üzvlük danışıqlarını bu gün imzalamağa hazıram

Üzvlük danışıqlarına başlamaqla şantaja son qoyulmalıdır. Əgər onlar danışıqlara başlamaq istəyirlərsə, qoy bunu masaya qoysunlar və mən bu gün onu imzalayacam.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında deyib.

“Biz açıq şəkildə bildirdik ki, bu məsələni növbəti dörd il üçün gündəmimizdən çıxarırıq. Bütün bu müddət ərzində Aİ-yə namizəd statusundan şantaj vasitəsi kimi istifadə olunub. Sülhə ən çox ehtiyac duyduğumuz bir dövrdə, xüsusən də Ukraynada müharibənin başlanğıcında bu, ölkəmiz üçün fəlakət idi. Məhz o zaman ölkəmiz namizəd statusu ilə bağlı şantajla üzləşməyə başladı, bu vəziyyət iki ilə yaxın davam etdi.

2022-ci ilin fevralından 2023-cü ilin dekabrına kimi bu şantaja məruz qaldıq. Həmin alət öz effektivliyini itirəndən və bizə namizəd statusu verildikdən sonra onlar üzvlük danışıqlarının başlanması ilə bağlı bizi şantaj etməyə keçdilər. Bu taktika üç ildir ki, davam edir və ancaq cəmiyyəti parçalamaq, qütbləşməni qızışdırmaq və radikalizmi qızışdırmaq üçün süni vasitə rolunu oynayır. Bu bitməlidir.

Ona görə də açıq mesajımız var: şantaja son qoyulmalıdır. Əgər həqiqətən də danışıqlara başlamaq istəyirlərsə, bunu təqdim etsinlər və mən bu gün imzalayacağam. Biz mövqeyimizdə qətiyik: bizim tərəfimizdən bu məsələ yaxın dörd il ərzində gündəmdə olmayacaq, ona görə də biz heç kimə şantaj vasitəsi saxlamırıq”, - deyə İrakli Kobaxidze bildirib.

Избранный
7
6
apa.az

7Источники