Kəpəz (Gəncə) - Araz-Naxçıvan 0:2 (0:1)
1. Rojerio Santos - 6,0
5. Rauf Hüseynli - 5,5
29. Viktor Braqa - 5,5
78. Yeqor Xvalko (k) - 5,0
3. Mahamadu Ba - 5,5
(99. Əli Səmədov, 83) - qiymətsiz
12. Turan Manafov - 5,5
26. Valdemar Almeyda - 5,5
(19. Lassana Ndiaye, 81) - qiymətsiz
29. Dioqo Verdaska - 5,5
77. Viktor Braqa - 5,0
(10. Karim Lkoça, 46) - 5,0
7. Ehtiram Şahverdiyev - 5,0
(21. Camal Cəfərov, 69) - 4,5
11. Orxan Əliyev - 5,0
(70. Nicat Süleymanov, 46) - 6,0
9. Luis Paçu - 6,5
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
80. Tural Rzayev
20. Mahir Həsənov
17. Ümid Səmədov
15. Cavad Kərimov
97. Nicat Məmmədov
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Luis Paçu
12. Kristian Avram - 6,0
2. Slavik Alxasov - 6,0
3. Bəxtiyar Həsənəlizadə - 5,5
4. İqor Ribeyro (k) - 5,5
23. Nuno Rodriges - 5,5
(24. Mustafa Əhmədzadə, 62) - 4,5
26. Ömər Buludov - 5,5
5. Qara Qarayev -5,5
(10. Bernardo Dias, 69) - 6,0
21. Sezar Meza Kolli - 6,0
(14. Miço Kuzmanoviç, 62) - 5,0
29.Vanderson Melo - 5,5
16. Ramon Maçado - 7,0
(17. İssuf Paro, 88) - qiymətsiz
97. Felipe Santos - 6,5
(7. Ülvi İsgəndərov, 88) - qiymətsiz
Ehtiyat oyunçular
94.Tərlan Əhmədli
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
71. Sənan Ağalarov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ramon Maçado
Qollar: F.Santos, 25 (0:1, N.Rodriges). B.Dias, 86 (0:2, R.Maçado).
Vərəqələr: M.Ba, 43 (qeyri-idman hərəkəti). İ.Ribeyro, 74 (qeyri-idman hərəkəti). S.Alxasov, 88 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Fərid Hacıyev (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Emin Cəfərov (Bakı).
22 noyabr. Tovuz. Şəhər stadionu. 650 tamaşaçı (6800 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Komandalar elə fərqli hədəflər uğrunda oynayır ki, 14-cü turun açılış matçı ilə bağlı bəlkə də hansısa intriqa gözləməyə dəyməzdi. “Araz-Naxçıvan” avrokuboklara vəsiqəyə can atdığını gizlətmir. “Kəpəz” isə Azər Bağırovun “sükan arxasına” gəlişindən sonra bir qədər canlansa da, yenə də elitada yerini qorumaq üçün çarpışır. Özü də son vaxtlar “Araz-Naxçıvan”ın oyunları ilə bağlı maraqlı tendensiya sezilir. Adətən, “qırmızı-ağlar” “Qarabağ”dan əvvəl meydana çıxaraq, qələbə sayəsində zirvəni ələ keçirir, amma ya elə həmin gün, ya da ertəsi ağdamlılar onları “taxtdan salır”.
Meydana qələbə istəyi ilə çıxdığı dərhal göstərən qonaqlar 8-ci dəqiqədə hesabı açsa da, yan xətt hakiminin bayrağı havaya qalxdı. Maçado oyundankənar vəziyyətdə idi. Cəmi 1 dəqiqə sonra Felipe – Sezar - Maçado kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə bitirdi. 15-ci dəqiqədə Vandersonun qapı qarşısına ötürməsini Santos qeyri-dəqiq baş zərbəsi ilə tamamladı. Ardıcıl hücumlar 25-ci dəqiqədə bəhrə verdi. Nuno Rodriges topu cərimə meydançasına göndərdi, Felipe Santos o qədər də möhkəm olmayan, amma dəqiq zərbə ilə hesabı açdı. 34-cü dəqiqədə naxçıvanlılar 2-ci qolu “Kəpəz”in qapısından keçirməyə yaxın oldu. Amma Meza Kollinin zərbəsini Rojerio dəf etdi. İlk hissənin sonlarına yaxın Alxasovun cərimə zərbəsindən qapıya göndərdiyi topun qarşısını da Rojerio aldı.
İkinci hissədə meydanda fərqli bir “Kəpəz” gördük. 67-ci dəqiqədə Nicat Süleymanovun uzaqdan baxımlızərbəsini Avram gözəl seyvlə dəf etdi. 75-ci dəqiqədə Maçadonun ofsayddan vurduğu daha bir qol ofsayd üzündən sayılmadı. 78-ci dəqiqədə Nicat bir daha uzaqdan bəxtini sınasa da, zərbəsində azacıq dəqiqlik çatmadı. 85-ci dəqiqədə Rauf Hüseynli topu autdan oyuna daxil etdi. “Kəpəz”in kapitanı Xvalkonun topa laqeyq yanaşması qonaqların fərqi artırmasına gətirib çıxardı. Xvalkodan topu alan Ramon irəliləyib, qapı qarşısına ötürmə verdi. Dias isə tək toxunuşlu zərbə ilə topu tora qovuşdurdu - 0:2. Beləliklə, “Araz-Naxçıvan” məğlubiyyətsiz oyunlar seriyasını 13-ə çatdırmaqla zirvəyə qayıtdı. Bu dəfə də ən azı birgünlüyə.
Gözdən qaçmadı
* Demək olar ki, gəncəli azarkeşlər baş hakimin bütün qərarlarına etiraz edirdi. Elçin Məsiyev “Kəpəz”in baş məşqçisi Azər Bağırova xəbərdarlıq edəndə də azarkeşlər sakit dayanmadı.
* “Kəpəz” ikinci hissədə hücumların intensivliyini artırdığı vaxt “Xəmsə” də fəallaşdı.
* “Sektor 85” yenə tribunada yox idi.
* Referi Azər Bağırova sarı vərəqə göstərəndə gəncəli azarkeşlərdən biri “Azər, vur onu, biz burdayıq” dedi.
ƏSƏD SEYİDOV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта