RU

Ukrayna və Moldovadan Gürcüstanla bağlı reaksiya

“Ukrayna Tbilisidə etiraz aksiyasının zorla dağıdılmasını qətiyyətlə pisləyir. Biz Gürcüstan hakimiyyətini vətəndaşlarının hüquqlarını müdafiə etməyə, zorakılıq və təxribatlardan çəkinməyə çağırırıq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

XİN Gürcüstan hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 2028-ci ilədək dayandırılması barədə qərarına məyusluğunu da ifadə edib.

Moldova prezidenti Maya Sandu da Gürcüstanda baş verən proseslərə münasibətini bildirib. O, “X” hesabında Tbilisidə dinc etirazçılara qarşı zorakılığın tətbiqini pisləyib, gürcü xalqı və Salome Zurabişviliyə həmrəyliyini ifadə edib.

“Gürcülər avropalılardır. Gürcüstanın gələcəyi Avropadadır və bunu gürcülərin əlindən kimsə ala bilməz”, - prezident yazıb.


Müəllif: Cəmilə Babayeva
Избранный
13
teleqraf.com

1Источники