Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.
Bakıvaxtı.az xəbər verir ki, komanda 2-ci turda Estoniya ilə üz-üzə gəlib.
Kiprin “Kouklia Community” stadionunda oynanılan görüş Estoniya millisinin 3:0 hesablı qəlöəbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub. Milli dekabrın 2-də Kiprlə qarşılaşacaq.
Hazırda İsveçrə millisi 6 xalla liderdir. Estoniya millisi eyni xalla 2-cidir. Xalı olmayan Kipr və Azərbaycan millisi isə müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşür.