RU

“Sionistlərin ağzı, dili olma” – Ərdoğan sözünü kəsən gəncə əsəbləşdi + VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən “TRT World Forumu”nda çıxış edib.

“AzPolitika”xəbər verir ki, gündəmlə bağlı qiymətləndirmələr edən Ərdoğanın sözünü zalda bir nəfər kəsib və bu, Türkiyə liderinin xoşuna gəlməyib.

Ərdoğan həmin gəncin “Sionistlər dənizlərimizdə və limanlarımızda fəaliyyətlərini davam etdirərkən...” sözlərinə qəzəblənib və gəncə üz tutaraq bunları deyib:“Burada sionistlərin ağzı, dili olma. Dünyadakı sionistlər Tayyib Ərdoğanın harada dayandığını çox yaxşı bilirlər, amma siz anlaya bilmirsiniz. Nə qədər provaksiya etməyə çalışsanız da, bu bir nəticə verməyəcək. İsrail hökumətinin bölgədə yaşayan hər kəsi təhlükəyə atan təcavüzü haqqında nə deyə bilərik? Bu müharibə niyə var? Bu gün tədbir görməsək, nə vaxt tədbir görəcəyik?”.

“AzPolitika.info” 

Избранный
12
azpolitika.info

1Источники