RU

Ceyhun Bayramov yeni səfirlə görüşüb

Küveytin Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Feysəl Əl-Muteyri xarici işlər naziri Ceyhun Bayramova etimadnaməsinin surətini təqdim edib.

Mia.az-a XİN-dən verilən məlumata görə, nazir cari ildə Azərbaycanın Küveytlə diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırıb.

Görüşdə regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər COP29-un nəticələri barədə ətraflı müzakirə aparıb.

Səfir Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Избранный
12
20
mia.az

10Источники