RU

Ölkədən çıxardığı vəsaiti geri qaytarmayan bir milyona yaxın vergi borcu olan şirkətlə bağlı qərar açıqlandı

Abşeron Rayon Məhkəməsində "Spring San Tex" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, şirkət cərimələnib.

 

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: Dövlətə 950 600 AZN borcu olan şirkətin qanuni təmsilçisi Naresh Kumardır. 

Tarix: 29 Noyabr 2024, 20:03   
Избранный
11
19
pravda.az

10Источники