RU

Müharibənin ilk günlərində Lukaşenko Zelenskiyə bunu vəd edib – Araxamiyadan şok açıqlama

Ukrayna “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamia Belarus prezidenti Aleksandr Lukaşenko barədə sensasion məlumat açıqlayıb.

O bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ilk günlərində Lukaşenko təkidlə prezident Volodimir Zelenski ilə danışmaq istəyib.

Araxamiyanın Natalya Moseyçuka verdiyi müsahibədə dediyinə görə, Zelenski ilk əvvəl Lukaşenko ilə danışmaqdan imtina etsə də, sonra onun nə deyəcəyini bilmək istəyib: “Lukaşenko açıq şəkildə dedi ki, “Biz Ukrayna ilə döyüşməyəcəyik.” O, etdi ki, bir sıra məsələlərdə Rusiyaya mane ola bilməz: “Mən onların mənim infrastrukturumdan istifadə etməsini, Belarus ərazisindən raket atmasını qadağan edə bilmərəm. Amma zəmanət verirəm ki, bir Belarus əsgəri Ukrayna sərhədini keçməyəcək”.

O əlavə edib ki, o zaman Prezident Aparatı Lukaşenkonun sözlərinə inanmayıb. Lakin ötən müddət ərzində müəyyən təxribatlar olsa da, Belarus prezidenti sözünün üstündə dayanıb

Musavat.com

Избранный
848
1
editor.az

10Источники