Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:
Qoç - həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdəki dəyişikliklər müəyyən narahatlıq yarada bilər. Fəaliyyətinizdən narazılıq, qərarların qəbulu prosesində təbəddülatlar yarana bilər. Nigaran qalmayın, problemlər müvəqqətidir.
Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq.
Menecmenti ağılla qurun.
Ailədəki mühit yaxşıdır. Sərt reaksiyalara heç bir ehtiyac yoxdur. Subaysınızsa, maraqlı insanla tanış olacaqsınız.
Buğa - əlverişli situasiya sizə yarımçıq işləri uğurla başa vurmağa imkan verir. Məntiqli risk etmək olar. Hər şey qətiyyət və əmək məhsuldarlığınızdan asılıdır. Mobil, çevik, mütəhərrik olun. Yeni informasiyaları əldə etməyə çalışın.
Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi tədricən azalacaq.
Səhhətinizə fikir verin. Yaxınlarınız və dostlarınız sizi dəstəkləyəcəklər. Ailə üzvləri ilə təmaslar kefinizi kökəldəcək. Axşam saatlarını evdə keçirin.
Əkizlər - bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Texniki sahədə çalışırsınızsa, şanslarınızdan yararlanın. Ambisioz planlar qurun, inandığınız insanlarla əməkdaşlıq edin.
İşdə rəhbər vəzifə tutursunuzsa, əməkdaşlar arasındakı səlahiyyət və məsuliyyətin bölünməsinə nəzarət edin.
Vəzifəniz kiçikdirsə, fəaliyyətinizi optimallaşdırın.
Günün ikinci yarısında dostlar yaşam problemlərindən biri ilə bağlı sizə müraciət edəcəklər. Onların yardımınıza ehtiyacı var.
Ailə üzvləri ilə təmaslar müsbət emosiyalar bəxş edəcək.
Xərçəng - bir çox məsələləri həll etmək olar. Problemlərin sayı sizi qorxutmasın. Yeni layihələrə başlamaq, anlaşma və müqavilələri müzakirə etmək, sərmayələr barədə düşünmək üçün münasib zamandır. Müdrik insanla maraqlı görüş olacaq.
Günün ikinci yarısında fəaliyyət istiqaməti barədə düşünün. Ehtiyacı olanlara yardım edin. Yaxın ətrafınızdakı insanlar belə, davranışınızı yüksək dəyərləndirəcək.
Ailə üzvləri ilə münasibətlərdə qayğıkeş olun. Onların sizə ehtiyacı var. Yaxınlarınızın problemlərini həll edin, mövqelərinizi möhkəmləndirin.
Şir - yaramaz, paxıl və ikiüzlü insanlardan uzaq olun. Belələri sizi təbdən çıxara bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə qarşı məkrli plan hazırlayır. Plana uyğun hərəkət edin. Belədə gərginlik və tələskənlik olmadan çalışaraq bir çox işləri həll edə bilərsiniz.
Günün ikinci yarısında yeni layihələrə başlamayın. Alış-veriş üçün münasib zaman deyil.
Axşam saatlarında sükan arxasında olsanız, tanış marşrutu seçin.
Ailə üzvləri ilə münasibətlər emosional olacaq. Sevdiyiniz insana qarşı laübəli hisslər yaranır. Belə vəziyyətdə münasibətləri əsla aydınlaşdırmayın.
Qız - yaxınlarınızdan dəstək və yardım ala bilərsiniz. Bu imkanlardan yararlanın. Yalnız özünüzə, öz qüvvənizə güvənin, qatı fərdiyyətçilik etsəniz ciddi problemlərlə qarşılaşacaqsınız.
Günün ikinci yarısında ağıllı məsləhətlərə qulaq assanız, anlaşma, sövdələşmə, sərmayə ilə bağlı məsələlər asanlıqla həllini tapacaq. Yaşam arealının və ya texnikanın təmiri, səyahət üçün pis zaman deyil.