Şimali Koreya lideri Kim Çen In Rusiyanın müdafiə naziri Andrey Belousovu qəbul edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Şimali Koreya lideri Rusiyaya dəstək ifadə edib və həmişə Rusiyanın tərəfində olacaqlarını bildirib: Kim Çen In qeyd edib ki, Rusiya Qərb imperializminə qarşı mübarizə aparır.
Görüşdə bəzi məxvi müzakirələrin aparıldığı məlum olub. KXDR lideri Koreya-Rusiya münasibətlərinin “güclü təhlükəsizlik mexanizmi” kimi əhəmiyyətini qeyd edib.
Bundan əvvəl Kim Çen In Rusiyaya zərbələri Qərbin Ukraynadakı münaqişəyə müdaxiləsi adlandırıb .
Vəli Həsənoğlu,
KONKRET.az