RU

Avropada qazın qiyməti noyabrda 20 faizdən çox bahalaşıb

Avropada qazın qiyməti noyabr ayının yekunlarına görə 21 faiz bahalaşıb.

London ICE birjasının məlumatına əsasən, min kubmetr üçün qaz tədarükü fyuçersləri oktyabrın 31-də 432 dollar olduğu halda, hazırda 521 dollar təşkil edir.

Qiymət artımına Avropada havaların kəskin soyuması, Avstriyanın OMV şirkətinin Rusiyadan qaz axınının dayandırılacağı barədə bəyanatı və ABŞ-ın “Qazprom” şirkətinə qarşı sanksiyaları səbəbindən tədarük üçün ödəmə riskləri fonunda qaz anbarlarından rekord qaz çıxarılması səbəb olub.

Hazırda Avropanın yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatlarının həcmi 87 faizdən azdır. “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, isitmə mövsümünün başladığı oktyabrın sonlarından bəri Avropa İttifaqı ölkələri anbarlardan 11 milyard kubmetr qaz çıxarıb. Eyni zamanda, meteoroloqlar regionda son illərin ən soyuq qışını proqnozlaşdırır.

Hazırda Avropanın yeraltı anbarlarında 96 milyard kubmetrə yaxın qaz qalıb.

Избранный
14
4
xalqqazeti.az

5Источники