RU

"Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə..."

"Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, Ukrayna ərazisini NATO-nun çətiri altında öz nəzarətimizə götürməliyik. Biz bunu tezliklə etməliyik. Belə olan təqdirdə Ukrayna diplomatik yollarla işğal etdiyi əraziləri geri qaytara biləcək".

SİA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Sky News” telekanalına müsahibəsində deyib. O hesab edir ki, Ukraynanın NATO-ya daxil olması müharibənin qaynar fazasını dayandırmağa kömək edə bilər.

“Siz ölkənin yalnız bir hissəsini dəvət edə bilməzsiniz. Çünki o zaman yalnız bu yerlərin Ukraynanın ərazisi olmasını, qalanının isə Rusiyaya aid edilməsini tanıyırsan. Hüquqi baxımdan bizim işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımağa haqqımız yoxdur. Bu məsələdə yanılmaq olmaz”, - deyə Ukrayna prezidenti bildirib. Onun sözlərinə görə, NATO-ya dəvətin özündə də Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri göstərilməlidir. Amma heç kim Ukraynanın bu və ya digər şəkildə NATO-nun bir hissəsi olmasını təklif etməyib və Kiyev heç vaxt belə bir təklifi nəzərə almayıb.

Xatırladaq ki, Ukrayna 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən sammitdə NATO-ya rəsmi dəvət alacağına ümid edirdi, lakin bu, baş vermədi.

Избранный
3
6
sia.az

7Источники