RU

İdlib vilayəti tamamilə ƏLƏ KEÇİRİLDİ

Suriyanın şimal-qərbindəki İdlib əyaləti tamamilə silahlıların nəzarətinə keçib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“İki üsyançı mənbə bildirib ki, üsyançılar həmçinin İdlib vilayətinin Marat əl-Numan qəsəbəsini ələ keçirərək bütün əyalətə nəzarəti təmin ediblər”, - deyə məlumatda bildirilib.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.

Избранный
8
33
publika.az

10Источники