RU

COP29 və AMEA-nın qarşısında duran vəzifələr

4Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29: çağırışlar və AMEA-nın qarşısında duran vəzifələr” mövzusunda müzakirə aparılıb.Bu barədə TehsilForumu.Az-a AMEA-dan bildirilib.Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü daxili və xarici siyasət ölkəmizin ev sahibliyi ilə COP29-un uğurla keçməsinin əsasını təşkil edir.AMEA rəhbəri COP29-un yekunları kimi Bakı razılaşmasının əldə edilməsinin, Paris Sazişinin 6-cı maddəsinin tam təsdiq olunmasının, İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərarın qəbulunun, qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədinin ölkələr tərəfindən vurğulanmasının Azərbaycanın tarixi uğurları olduğunu bildirib.COP29 çərçivəsində keçirilən tədbirlərdə akademiya əməkdaşlarının da yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli alimlərimizin xarici həmkarları ilə qlobal problemlərə dair müzakirələr apardıqlarını, ölkəmizə gəlmiş dünyanın nüfuzlu elm xadimləri ilə AMEA-da görüşlərin baş tutduğunu söyləyib. Həmçinin COP29-un gündəliyində mühüm yer tutmuş yaşıl enerji, yaşıl iqtisadiyyat kimi anlayışların fəlsəfəsini dərk etmək üçün tədqiqatlar aparılmasına ehtiyac olduğunu bildirib, alimlərimizin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və akademiyanın gələcək fəaliyyətini bu istiqamətdə quracağını diqqətə çatdırıb.Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova COP29-la bağlı AMEA-nın fəaliyyətinə dair geniş təqdimatla çıxış edib. Akademik çıxışında indiyədək keçirilmiş COP-ların tarixi, məqsədləri barədə söz açıb, COP29 çərçivəsində AMEA-nın elmi bölmələrində, elmi-tədqiqat müəssisələri və təşkilatlarında, regional bölmələrində və elmi mərkəzlərində il ərzində təşkil olunan çoxsaylı tədbirlər – elmi konfranslar, görüşlər, kitab sərgiləri, işıq üzü görən nəşrlər, alimlərimizin mediada çap olunmuş məqalələri barədə ətraflı məlumat verib.Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev isə çıxışında COP29-un yüksək səviyyədə təşkili ilə əhəmiyyətli addımlar atıldığını bildirib. Bir sıra statistik rəqəmləri təqdim edən R.Hacıyev COP29-da 80 ölkənin dövlət və hökumət başçısının, 76 mindən çox insanın, çoxsaylı QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiklərini, 100-dən çox ölkənin pavilyonunun qurulduğunu vurğulayıb. R.Hacıyev COP29 çərçivəsində qəbul edilən qərarların tarixi nailiyyət olduğunu söyləyib.Məsələ ilə bağlı, həmçinin akademiklər Arif Həşimov, Gövhər Baxşəliyeva, Adil Qəribov, AMEA-nın müxbir üzvü Elşad Qurbanov və professor İlham Məmmədzadə çıxış edərək COP29-un yüksək səviyyədə keçirilməsinin ölkəmizin növbəti tarixi uğuru olduğunu, alimlərimizin də öz fəaliyyətləri ilə daim dövlətimizin yanında olduqlarını bildirib, tədbirin yeni elmi istiqamətlərə yol açdığını söyləyiblər.Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə COP29-un yekunları ilə bağlı AMEA-nın müraciəti qəbul edilib.

Избранный
2
2
tehsilforumu.az

3Источники