İran xarici işlər naziri Abbas Arakçı Türkiyəyə səfər edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər 2 dekabrda baş tutacaq.
Qeyd edək ki, Suriyada rejimə müxalif qüvvələrin onlarla kəndi, o cümlədən Hələbi ələ keçirməsi və Suriya qüvvələrini darmadağın etməsindən sonra İran diplomatik fəallığını artırıb.